Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


22.04.2025  13:48 

Şərurlu İsfəndiyar onu dələduz adlandırdı, məhkəməyə verildi





A+  A-

"Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə təqsirləndirilən şəxs qismində tanınıb.

XəzərNews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb.

Şikayətçi iş adamı Emil Səməndərovun vəkili Asim Abbasov məlumatı saytımıza təsdiq edib. Vəkil deyib ki, İ.Axundov özü məhkəmə prosesinə gəlməyib. Hakim onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edib.

Xatırladaq ki, İsfəndiyar Axundovu "Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri E.Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.

Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Xəbər 1402 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +