“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


21.10.2022  11:43 

Zahid Oruc İranı artistlikdə ittiham etdi





A+  A-

“Dövlətimizə qarşı bəzi ölkələr tərəfindən təhdidlər davam edir. Neçə illər ərzində sərhəddə təlim keçirməyən İran indi təlimlər keçirməyə başlayıb”.

Bunu Milli Məclisin İnsan hüquqların komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

“Dünən Zəngilanda Türkiyə lideri bildirdi ki, Azərbaycan tək deyil. Oradan verilən mesaj təkcə İran və Ermənistan üçün yox, bütün bizim ölkələrə təhdid yağdıranlara aiddir. Belə bir vaxtda Ərdoğanın birbaşa Zəngilana, Cəbrayıla gəlməsi, Prezident İlham Əliyevlə görüşməsi ölkəmizə edilən hücumlara zərbə vurdu, deyə bilərik. Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaq və Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini bölgədən çıxarıb NATO qüvvələrini sərhəddə yerləşdirməkdir. Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb”.

Komitə sədri çıxışı zamanı İranla bağlı məsələyə də toxunub:

"İran Ermənistanın ərazi bütövlüyünü qoruyanda bilməliydi ki, bir gün qarşısında böyük qüvvə görəcək. Erməni mətbuatı hərbi təlimlərdə İran inqilab keşikçilərinin (SEPAH) Bakını ələ keçirməyi haqda yazırlar. Bizim İranla dövlətlərarası sərhədlər müəyyənləşib, lakin kimsə Ermənistan kimi İranla da yeni sərhəd istəyirsə, tarixi geriyə çevirə bilər. Qoşunlarını sərhəddə yığıb, oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, yaxın Şərqin Suriyasına döndərəcək. Biz İran, Rusiya, Amerika, İsrail və bütün dövlətləri Türkiyə lideri kimi gəlib azad torpaqlarda Prezident İlham Əliyevlə sülh və quruculuq müqaviləsi imzalamağa çağırırıq”.

Zahid Oruc İranın sərhəddə hərbi təlimlər keçirməsinə də münasibət bildirib:

"İranda yer yoxdur ki, gəlib orda təlim keçirirlər? Belə artistliyin yeri yoxdur. Əgər Mehdidən danışırlarsa, ilk olaraq Mehdi İrana gəlməlidir. İran öz işlərinə baxmalıdır. O qədər məscidlər dağılanda İran niyə səsini çıxarmırdı? Görünən odur ki, İranın məqsədi fəqlidir”./Modern.az

Xəbər 1439 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +