Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


29.09.2023  18:07 

“Sülh əlçatandır“ - Prezident Əliyev





A+  A-

"Sentyabrın 20-də biz Qarabağdakı Ermənistan ordusuna bəyan etdik ki, silahlarınızı yerə qoyun və oraları tərk edin. Bu belə də oldu, bu baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, sadiqik".

Xəzərnews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, əgər Ermənistan hökuməti 2019-cu ildə verilən “Qarabağ Ermənistandır!” bəyanatından sonra sentyabrın 20-dək (2023-cü il – red.) baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır. “Bu, bizim gələcəklə bağlı baxışımızdır, bu, regionun gələcəyi ilə bağlı baxışımızdır. Hesab edirəm ki, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

Xəbər 1789 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +