Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


04.12.2021  00:15 

Rusiya bölgədə “tək hakim” rolunu saxlamaq üçün...





A+  A-

Ərdoğan Putinlə telefon söhbətində bildirib ki, Qarabağda vəziyyətə nəzarət etmək üçün Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməlidir.

Müharibənin başa çatmasından sonra Rusiya bölgədə “tək hakim” rolunu saxlamaq üçün bu mərkəzin aktiv fəaliyyətinin qarşısını alıb.

Ankara və Bakının məqsədi isə bölgədəki proseslərdə yekun sözün rus sülhməramlı kontingentinin rəhbərliyində yox, mərkəzdə olmasına nail olmaqdır və istisna deyil ki, bu məsələ zaman-zaman qapalı təmaslarda da gündəmə gətirib. Bakı Qarabağda erməni terrorçuların təxribatları ilə bağlı da davamlı olaraq mərkəzi məlumatlandırır.

Ərdoğanla Putinin müzakirələri haqda informasiyalarda həmişə mərkəzin fəaliyyətinin qənaətbəxş olduğu vurğulanırdı. İlk dəfədir Türkiyə prezidenti mərkəzin imkanlarından istifadəyə çağırır, yəni bununla aktivləşdirmək istədiyini elan edir.

Ankaranın bunu indi açıq şəkildə dilə gətirməsi təsadüfi deyil:

- sərhədin delimitasiya və demarkasiyası prosesinin yekununda Qarabağda Ermənistan de-fakto oyundan kənarlaşdırılacaq;

- Ankara, Bakı və Moskvanın qalacağı oyunda Türkiyə bu mərkəz üzərindən təsir imkanlarını genişləndirmək, ən azı ruslarla balansı bərpa etmək niyyətindədir;

Bakı və Ankaranın buna nail olmaq üçün praktiki gedişlər etməsi də mümkündür.

Asif Nərimanlı

Xəbər 1241 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +