Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


22.06.2019  11:09 

Zaqatalada dəhşətli qəza - 2 nəfər öldü





A+  A-

Bu gün səhər 05 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral sərhəd yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissəsində qəza baş verib.
XəzərNews.az xəbər verir ki, Balakən rayonu Katex kənd sakini, 1959-cu il təvəllüdlü Şamsuda Carullah oğlu Osmanovun idarə etdiyi “Shacman” markalı 90 ST 247 dövlət nömrə nişanlı iritonnajlı yük maşını ilə “VAZ 2109” markalı, 62 BK 865 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Shacman”ın sürücüsü xəsarət almasa da, minik avtomobilində olan Zaqatala şəhər sakini 1987-ci il təvəllüdlü Çingiz Hacıbəy oğlu Sulxayev və şəxsiyyəti hələ dəqiqləşməyən daha bir nəfər aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Minik avtomobilində olan daha bir nəfər, rayonun Qazangül qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rafiq Yunus oğlu Bəkirov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məumata görə, R. Bəkirovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1504 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +