Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


08.03.2017  15:57 

Yol qəzalarında 3 nəfər ölüb





A+  A-

Yol qəzalarında xəsarət alan 3 nəfər ölüb.
XəzərNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 5-də Tovuz rayonunun Düz Cırdaxan kəndində rayon sakini Elçin Qasımov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Fikrət Əliyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada martın 7-də orada ölüb.

Martın 7-də saat 07.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Kənan Mirzəyev idarə etdiyi “Mercedes"” markalı avtomobillə yolu keçən paytaxt sakini Elgün Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Martın 7-də saat 23.00 radələrində isə Şəmkir şəhərində Kür qəsəbə sakini Məqsəd Alməmmədov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Akif Mustafayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktlarla bağlı müvafiq olaraq Tovuz Rayon Polis Şöbəsi, Sabunçu Rayon Polis İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırmalar aparılır.

Xəbər 3099 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +