“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir


11.10.2021  15:19 

Mobil telefonu yastığın altına qoyub yatanları - Gözləyən TƏHLÜKƏ





A+  A-

Rusiyanın “Yaşayış sahəsinin ekologiyası” laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz.


Ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib.

“Nəzərə almaq lazımdır ki, telefonların zərərləri hələ tam öyrənilməyib. Telefon və qacetləri nə qucaqlayıb, nə də yastığın altına qoyub yatmaq olar. Başınızdan bir metr, ən azı yarım metr uzaq saxlamaq daha yaxşıdır. Bu, ən təhlükəsiz məsafədir”, - ekspert “Sputnik” radiosuna müsahibəsində qeyd edib.

Yastrebçev cihazı başdan uzaq məsafədə tutmaq üçün simsiz qulaqcıq istifadə etməyi məsləhət görüb. Ekoloq əlavə edib ki, qulaqcıq da insanı şüalandırır, amma təsiri telefonla müqayisədə zəifdir.

O, kardiostimulyatoru olan insanlara telefonu çox yaxın tutmamağı tövsiyə edir, əks halda qacet elektromaqnit müdaxiləsi yaratmağa başlayacaq. Ekspert xəbərdarlıq edib ki, şəbəkə zəifləməyə başlayanda smartfondan gələn radiasiya artır:

“Rabitə baza stansiyası uzaqda olarsa, məsələn, bir kənddə, bağçada, telefon baza stansiyası ilə əlaqə qurmaq üçün çox enerji sərf edir və o zaman radiasiya artır”. /publika.az/

Xəbər 1813 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +