“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir


20.11.2017  16:08 

“Kəpəz”ə yeni baş məşqçi seçildi





A+  A-

“Kəpəz” peşəkar futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
XəzərNews.az klubun saytına istinadən xəbər verir ki, “Kəpəz”in Müşahidə Şurasının (MŞ) qərarına əsasən, komanda Yunis Hüseynova həvalə olunub. MŞ-nin sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynovun namizədliyi şuranın üzvləri tərəfindən tam dəstəklənib. Beləliklə, Y.Hüseynov “Səbail” ilə oyundan sonra istefa verən Şahin Diniyevi baş məşqçi postunda əvəz edib.
Gəncə futbol məktəbinin yetirməsi olan Yunis Hüseynov karyerasına “Kəpəz”də başlayıb. O, Nizami yurdunun təmsilçisi ilə yanaşı, “Neftçi” və “ANS Pivani”də də çıxış edib, İranda legioner həyatı yaşayıb. Milli komandanın şərəfini qorumuş Y.Hüseynov futbolçu kimi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. İki dəfə ölkənin ən yaxşı futbolçusu seçilib, ən yaxşı idmançı kimi “Humay” milli mükafatına layiq görülüb.
Futbolçu karyerasını “Kəpəz”də başa vuran sabiq yarımmüdafiəçi məşqçilik fəaliyyətinə “Karvan”da (Yevlax) başlayıb. Sonra “Standart” (Bakı) və “Xəzər Lənkəran” (Lənkəran) klublarında baş məşqçi işləyib. Y.Hüseynov Yevlax klubu ilə Azərbaycan çempionatının bürünc və gümüş medallarını qazanıb. Lənkəran təmsilçisi isə onun rəhbərliyi altında ölkə çempionatında ikinci yeri tutub. Hər iki komanda 52 yaşlı mütəxəssisin başçılığı ilə qitə miqyaslı turnirlərdə təmsil olunub və mərhələ adlayıb. Yeri gəlmişkən, “Karvan” UEFA Kuboku turnirində mərhələ adlayan ilk Azərbaycan klubu olaraq adını Azərbaycan futbolunun tarixinə yazıb. “Xəzər Lənkəran” isə ilk dəfə məhz Yunis Hüseynovun rəhbərliyi ilə Avropa yarışında mərhələ keçib.
Yunis Hüseynov komanda üzvlərinə noyabrın 21-də təqdim olunacaq.

Xəbər 1828 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +