Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA
İmamoğlu ifadə verdi: “Niyə buradayam?“
Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?


23.10.2018  16:05 

Ərdoğandan Səudiyyəyə çağırış - “Türkiyədə mühakimə olunsunlar”





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan partiyasının qrup toplantısında jurnalist Camal Kaşıkçı olayı ilə bağlı önəmli açıqlamalar verib.
XəzərNews.az xəbər verir ki, dövlət başçısı çıxışında cinayətə dair bəzi detalları açıqlayıb. O bildirib ki, Səudiyyədən gələn sui-qəsd dəstəsi əvvəlcə Belqrad meşəsi və Yalovada kəşfiyyat aparıb.

Ərdoğan çıxışında olayla bağlı Səudiyyə Ərəbistanı hökumətinə çağırış edib: “Bu gün buradan bir çağırış edirəm. Bu çağırışım kral Salman başda olmaqla ali rəhbərliyədir. Hadisələrin cərəyan etdiyi yer İstanbuldur. Bu səbəbdən də 18 nəfərin İstanbulda mühakimə edilməsini təklif edirəm. Seçim onlarındır”.

Prezident bu günə qədər ortaya çıxan dəlillər, məlumatların Kaşıkçının vəhşi cinayət qurbanı olduğunu göstərdiyini vurğulayıb:

“Ölkəmizi qaralamaq, töhmət altından qoymaq üçün ciddi şəkildə kampaniya aparıldı. Bunların kimlər tərəfindən edildiyini bilirik. Bütün bunlar bizim qətlin araşdırılmasında apardığımız işlərə mane olmadı, ola bilməz.

Bu olay İstanbulda cərəyan edib, biz məsuliyyət daşıyırıq. Sis-duman yavaş-yavaş aradan qalxdıqdan sonra digər ölkələr də hərəkətə keçdilər. Biz də səssiz qalmayacağımızı ifadə etdik.

Cinayətin planlı olduğuna dair güçlü ipucları var. Bu 15 nəfər cinayət günü nədən İstanbulda toplanıb? Həmin şəxslər kimdən əmr alıblar? Cəsədi nədən hələ də ortalıqda yoxdur?

Səudiyyə Ərəbistan hökumətindən bundan sonra olayın bütün məsul şəxslərini ortaya çıxarmalarını və hüquq çərçivəsində lazımi cəzaların tətbiq edilməsini gözləyirik”.

Xəbər 1622 dəfə oxunub.




11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +