Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


31.10.2019  23:10 

ABŞ Çin istehsalı dronların istifadəsini qadağan edir





A+  A-

ABŞ-ın Daxili İşlər Nazirliyi Çin istehsalı pilotsuz aparatların təbii ehtiyatların mühafizəsi sahəsində istifadəsini müvəqqəti qadağan edib.
XəzərNews.az-ın məlumatına görə, "The Wall Street Journal" nəşri nazirliyin nümayəndəsi Nik Qudvinə istinadla yazıb ki, bu qadağa dronların ölkənin təhlükəsizliyi üçün risk ehtimalının tam yoxlanılmasından sonra aradan qaldırıla bilər.

Qəzetin məlumatına görə, Amerika rəsmiləri Çin istehsalı olan pilotsuz aparatların infrastruktura zərər verəcəyindən narahatdırlar. Bundan başqa, dronların topladığı informasiyaların Çin hakimiyyəti, habelə hakerlər tərəfindən ələ keçiriləcəyi ehtimalı da araşdırılacaq. Qeyd olunur ki, ABŞ DİN federal strukturlar arasında ən böyük dron donanmasına malikdir. Belə ki, onun sərəncamında olan 800-dən çox pilotsuz aparatdan meşə yanğınları, hidrotexniki qurğuların yoxlanılması, torpağın eroziyasına nəzarət sahələrində istifadə olunur.

Bu ilin sentyabrında Çində və hər hansı digər ölkədə istehsal olunmuş pilotsuz aparatların satın alınmasına qadağa qoyulmasına dair qanun layihəsi ABŞ Konqresinin müzakirəsinə təqdim edilib.

Xəbər 1260 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +