“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


26.12.2022  09:36 

Ukrayna ərazisinə 1 hava və 5 raket zərbəsi endirildi





A+  A-

Son 24 saat ərzində ruslar Ukrayna ərazisinə 1 hava və 5 raket zərbəsi endirib, çoxsaylı buraxılış raket sistemlərindən 40-dan çox hücum təşkil edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının dekabrın 26-da “Facebook”da dərc olunmuş əməliyyat xülasəsində məlumat verilir.

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Novoselovskoe, Stelmaxivka, Ploşçadka, Nevskoe və Krasnopopovka yaşayış məntəqələri və Vesele, Yakovlevka, Soledar, Baxmutskoe, Podqorodka, Mayovsk, Bakhorodnoye, Mayovsk qəsəbələrinə Rusiya ordusunun hücumlarını dəf edib.

"Seversk istiqamətində düşmənin Sumı rayonunun Vintorovka, Manuxovka, Rıjevka və Vorojba yaşayış məntəqələri ərazilərində atəşə tutulması qeydə alınıb. Slobojansk istiqamətində isə Strelka yaşayış məntəqələrinin əraziləri minaatan və artilleriya atəşinə məruz qalıb. Xarkov vilayətinin Staritsa, Zemlyanka, Ustinovka, Olxovatka, Çuqunovka, Novomlinsk və Kamenka yaşayış məntəqələri də atə.ə tutulub" , - deyə Baş Qərargahın məlumatında deyilir.

Qeyd olunur ki, ruslar Kupyanski və Limanski istiqamətlərində 25-dən çox yaşayış məntəqəsini, Baxmut və Avdeyevski istiqamətlərində hərəyə 20, Zaporojye istiqamətində də 25-dən çox yaşayış məntəqəsini atəşə tutub.

Xerson istiqamətində ruslar Dnepr çayının sağ sahilini atəş altında saxlamaqda davam edir. Son 24 saat ərzində bölgədəki yaşayış məntəqələrinin və Xerson şəhərinin mülki infrastrukturuna ziyan dəyib.

XəzərNews.az

Xəbər 949 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +