“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


19.10.2018  17:11 

İlham Əliyev: “Bu, xaricə qoyduğumuz ən böyük sərmayəmizdir” - Canlı Yayım





A+  A-

Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir.
XəzərNews.az xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyə prezidentləri də iştirak edirlər. Əvvəlcə İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğan terrasdan zavodun ərazisinə baxıblar.

Dövlət başçılarına “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

***

"Azərbaycan və Türkiyə iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "Star" neft emalı zavodunun açılış mərasimində deyib:

"Türkiyə Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrilib, dünya çapında söz sahibdir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar. Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Mən dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı ikinci ölkə tanımıram.

“Star” rafinerinin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Bu bizim xaricə qoyduğumuz ən böyük investisiyamızdır. Bir sözlə, bu gün “Star” neft emalı zavodunun açılışı timsalında birliyimizin, dayanışmamızın, dostluğumuzun əlamətini görürük”.


Xəbər 1742 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +