Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


02.02.2023  11:29 

İran casusları məlumatları Bakıdan necə ötürürmüş?





A+  A-

Birinci Qarabağ müharibəsi dövründə İranın hərbi müşahidəçiləri, guya, ermənilərlə bizim aramızda əlaqə yaradırdılar və onların hərbi hissələrə daxil olmaq imtiyazları var idi. Guya, onlar bizim əsgər və zabitlərimizə təlimlər keçirdilər.

XəzərNews.az xəbərt verir ki, bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

O qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə həmin hərbi müşahidəçilər mütəmadi olaraq hərbi hissələrə gedirdilər və onlar hansı hərbi yüksəkliklərə, strateji məntəqələrə gedirdilərsə, qayıtdıqdan bir neçə gün sonra qəflətən həmin yerə ermənilər tərəfindən hücum olurdu.

"O zaman bu məsələ diqqət mərkəzinə düşdü, araşdırma zamanı şübhələr yarandı və artıq İran hərbi müşahidəçiləri ətrafında işlənilməyə başlanıldı. O zaman bunların Bakıda 8-ci mikrorayonda gizli radiostansiyası aşkarlandı. Həmin hərbi müşahidəçilər mənzil kirayə götürmüşdülər. Radioəlaqə kanalları müəyyən edildi və məlum oldu ki, bu hərbi müşahidəçilər SEPAH-ın kəşfiyyatçılarıdır. Hətta bu müşahidəçilər o zaman daxili qoşunların 120 əməkdaşının İrana göndərilməsini təşkil etdilər. Guya, onlar oraya təlimə getmişdilər, amma onların hamsını dövlət çevrilişinə hazırlayırdılar. Onları inandırırdılar ki, hər biri yüksək vəzifə sahib olacaqlar.

O dövrdə təhlükəsizlik orqanı çox unikal bir tədbir keçirdi. Onda artıq bu müşahidəçilərin sülhsevər yox, düşmənçilik faəliyyəti ilə məşğul olduqları bilindi. Bu, İran üçün şok idi. Onlar çox xahiş etdilər, yalvardılar ki, bunu ictimailəşdirməyək. Onlar ən azından "erməniyə dəstəyi dayandırıb, Azərbaycana dəstək göstərəcəyik" dedilər. Təbii ki, bu, yalan idi onlar yenə düşmənçilik faəliyyətini davam etdirdilər", - deyə o bildirib.

Müsahibənin tam versiyasını təqdim edirik:



Xəbər 949 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +