Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


30.12.2022  16:41 

Ceyhun Bayramov Urmas Reinsalu ilə danışdı





A+  A-

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Estoniya Respublikasının xarici işlər naziri Urmas Reinsalu ilə telefon danışığı baş tutub.

XİN-dən XəzərNews.az-a verilən xəbərə görə, telefon danışığı zamanı regionda hazırkı proseslər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycanın Ermənistanla münasibətlərin bərpa olunması, sülh sazişi təklifləri və bir sıra təşəbbüslər irəli sürməsinə baxmayaraq, prosesə Ermənistan tərəfindən maneçilik törədildiyini diqqətə çatdırıb. Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulması, bu xüsusda erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmaması, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolu vasitəsilə üçüncü dövlətlərin vətəndaşlarının Azərbaycan ərazilərinə qeyri-qanuni daxil olması, Ermənistandan Azərbaycana 2021-ci il istehsalı minalar daşınmaqla mina təhdidlərini davam etdirməsi misal çəkilib.

Bununla yanaşı, 30 ilə yaxın işğal dövründə davam etmiş və son illərdə daha da intensivləşmiş Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı və buna qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyası barədə məlumat verilib. Təbii sərvətlərin qeyri-qanuni istismarının və bununla əlaqədar yaranmış ekoloji fəsadların qarşısının alınması istiqamətində Azərbaycan tərəfindən danışıq aparılması niyyətinə baxmayaraq, proses əleyhinə təxribatlar törədilməklə maneələr yaradılmasının qəbuledilməz olduğu bildirilib.

Nazir Ceyhun Bayramov, guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaratması barədə iddialarının tamamilə əsassız olduğu, nəqliyyat vasitələrinin sərbəst şəkildə yoldan istifadə etdiyi barədə məlumat verib. Erməni əhalinin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə erməni sakinlərə yardım göstərmək niyyətləri barədə aktivistlərin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxslərin əhalinin yoldan istifadəsinə maneçilik törətməsi faktları vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 1064 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +