Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


29.06.2022  12:05 

Səfər Mehdiyevin cazibəsi: Niyə onu seçirlər?





A+  A-

Mən, bizim toplumun psixologiyasını hələ də anlaya bilmirəm. Görünür, çox geri qalmışam. Dərketməm zəifdir. Zamanın nəbzini tuta bilmirəm.

Məsələn, sadə və hər kəsin şahid olduğu məsələdən danışaq. Görürsən ki, gənc, istedadlı, perspektivli bir soydaşımız var. O, öz qabiliyyəti ilə mütəxəssisi olduğu sahədə inqlab edə, zirvəyə yüksələ bilər. Tanrının verdiyi üstün ağıl və çalışqanlığı sayəsində konkret bir peşənin generatorudur. Lakin, o bütün bu istadadını bir tərəfə buraxıb məmur olmaq istəyir. Sərbəst şəkildə qazana biləcəyi milyonları əli ilə geri itələyib, əyri yolla, qorxa-qorxa qazanmaq istəyir. Yaxud kiminsə minnəti ilə aylıq məmur maaşına işləməyi üstün tutur. Bu məntiq və bu arzu mənə həqiqətən də çatmır.

Gömrük Komitəsindəki həbslər zamanı qeyri-rəsmi olaraq yayılan ilkin məlumatlarda Komitə sədrinin müavini İqbal Babayevin də adı çəkildi və onun da həbs olunduğu bildirilirdi. Sonradan bəlli oldu ki, bu xəbər həqiqət deyilmiş. Amma xəbər təkzib olunana qədər sosial şəbəkələrdə Babayevlə bağlı çoxsaylı şərhlərə rast gəldim. Hər kəs İqbal Babayevi istedadlı informasiya texnologiyaları mütəxəssisi kimi təqdim edir və onun Gömrük Komitəsində - Səfər Mehdiyevin rəhbərliyi altında işləməsinə təəssüf edirdi.

İqbal Babayev həqiqətən də Azərbaycanda informasiya texnologiyaları sahəsində öz bacarığı hesabına parlayan ilk qaranquşlardandır. Mən Babayevi MSK-da işləyəndən tanıyıram. O, Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri olanda saysız-hasabsız açıqlamalarım, müsahibələrim olmuşdu. Onun bu mərkəzdə qurduğu sistem saat kimi işləyirdi. Babayevin necə bir mütəxəssis olduğunu MSK rəhbərliyi yalnız o işdən gedəndən sonra başa düşdü. Mən də həmin vaxt müxbir kimi bunun dəfələrlə şahidi oldum. Ondan sonra sistem tez-tez çökürdü...

Kosmosa peyk göndərmək istedadında olan Babayev indi Səfər Mehdiyevin tapşırıqlarını icra edir. Bundan nə qədər məmnundur, bilmirəm. Amma son açıqlamasında “dövlətə xidmət edirəm” demişdi.

Dünən bir xəbər də yayıldı. İstedadlı idmançımız - Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi Rafael Ağayevə xəbərdarlıq edilib. Səfər Mehdiyev ondan tələb edib ki, ya istefa versin, ya da vaxtlı-vaxtında işə gəlsin.

Rafael Ağayev buna görəmi, məmur olmaq istəyirdi? Axı gömrükdə işləmək onun nəyinə lazım idi? Rafaeli bütün dünya tanıyır, hörmət və pərəstiş edir. O, ölkədə əlbəyaxa döyüş sənəti ilə bağlı özünün məktəbini yarada bilər, bundan həm pul qazanar, həm də vətənə daha yaxşı xidmət edərdi. Səfər Mehdiyevin danlağını da götürməzdi. O Səfər Mehdiyevin rəhbərliyi altında vətənə xidmət edəcəyini düşünürsə, çox sadəlöhvdür. Vətənə xidmət etmək rüsum adı ilə vətəndaşların əlində olanını alıb dövlət büdcəsinə keçirərək bununla fəxr etmək deyil. Vətənə xidmət o büdcəni formalaşdıran vətəndaşların mənafelərini qorumaq, rahatlıqlarını təmin etmək və ciblərini də doldurmaqda vasitəçi olmaqdır.

Qeyd etdiyim bu iki hal ictimailəşdiyi üçün dilə gətirdim. Əslində, ölkəmizdə bu təfəkkürün daşıyıcıları okeanı xatırladır. Hər kəs burada üzür.

Və heç kim boğulanadək sudan çıxmaq istəmir...

Elnur Məmmədli

Xəbər 3002 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +