MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


14.01.2022  14:18 

Bakıda vətəndaşın evi başına uçuruldu - Fotolar





A+  A-

Vətəndaş Rafayel Abbasovun Bakı şəhərindəki mənzilini yerlə-yeksan ediblər. Hadisə Nərimanov rayonu ərazisində baş verib. Rafayel Abbasovun “Əhmədbəy Ağaoğlu küçəsi 18” ünvanındakı mənzili “Aybir” MTK tikinti şirkəti tərəfindən dağıdılıb.

Şikayətçi vətəndaş saytımıza bildirib ki, hadisə 30.12.2021-ci il tarixində, saat 23:00-da törədilib:

“"Aybir” MTK tikinti şirkəti qanunsuz olaraq mənim yegənə mülkümdə söküntü işləri aparıb. Bayramqabağı, xəbərim olmadan, əşyalarla dolu evimi yer ilə bir ediblər”.

Şikayətçi deyib ki, Bakı şəhər icra Hakimiyyəti başçısının “Aybir” MTK ilə bağlı 27.04.2005-ci il tarixli 107 saylı və 15.09.2005-ci tarixli 247 saylı sərəncamları və ayrıc aktı heç də əsas vermir ki, ərizədə yaşayan və fəaliyyət göstərən şəxslərin mülkiyyət hüquqlarını pozsun və onların sərəncam vermə və istifadə hüquqlarına məhdudiyyətlər yaratsın.

“2005-ci il tarixli, 107 saylı sərəncam 19 il sonra icra edilirsə, bunu özü də artıq qüvvədən düşmüş sayıla bilər. Həmin sərəncamın 19 ildən istifadə olunması bizə məlum olmayan vasitələrlə reallaşıb və əslində araşdırmaya səbəb olmalıdır”.

Mülkü dağıdılan vətəndaş bildirib ki, faktla bağlı Baş Prokuror Kamran Əliyevə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Daxili işlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə şikayət ərizəsi yazaraq kömək istəyib./Modern.az







Xəbər 3260 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +