“Onu biz buraxdırdıq“ - Rəqsanənin borclu olduğu şəxs
Tələbələr qaydalara etiraz edir - Video
Bakıda iki şəhidin məzarı qarət edildi
Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi


05.10.2017  18:34 

Rektor üç saytı şikayət etdi - Mətbuat Şurası araşdırdı





A+  A-

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını açan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
XəzərNews.az xəbər verir ki, iclasda müzakirə edilən ilk məsələ Azərbaycan Respublikasının Milli Məclisinin bir qrup deputatının «Hürriyyət» qəzetinə qarşı şikayəti olub. Bildirilib ki, cavabdeh tərəf satirik təqdimatın yol verilən hədlərini aşıb. Bu isə haqlı narazılıq yaradıb. Hər bir kütləvi informasiya vasitəsi mövcud səpkili material təqdim edərkən diqqətli olmalı, onun ictimai rəydə doğuracağı reaksiyanı mütləq şəkildə hesablamalıdır. «Hürriyyət» qəzetinin isə bu məqama diqqətsiz yanaşdığını, müvafiq olaraq peşə prinsiplərini pozduğunu söyləmək üçün əsaslar var. Buna görə də komissiya qəzetə xəbərdarlıq edilməsi barədə rəyə gəlib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun «Rubrika.az», «Cumhuriyyet.az» və «Qlobal.az» saytlarına qarşı şikayəti ilə bağlı bildirilib ki, «Rubrika.az» saytında ADPU ilə bağlı yayımlanmış, «Cumhuriyyet.az» və «Qlobal.az» saytlarında faktiki olaraq təkrarlanmış materialda qarşı tərəfin mövqeyi öyrənilməyib, yalnış rəy yaradılıb. Buna görə də «Rubrika.az» saytına xəbərdarlıq edilib, «Cumhuriyyet.az» və «Qlobal.az» saytlarına isə istinad materialını təqdim edərkən diqqətli yanaşmaq, gələcəkdə belə yanlışlıqlara yol verməmək tövsiyə olunub.

İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin «Qanunxeber.az» saytına qarşı şikayəti olub. Şikayətçi tərəfin təmsilçisinin iştirak etdiyi toplantıda bildirilib ki, komissiya üzvlərinin cavabdeh kimi göstərilən saytla ilkin müzakirə cəhdləri uğursuz alınıb. Belə ki «Qanunxeber.az»da göstərilən telefon nömrələri fəaliyyətdə deyil, doğru ünvan da yoxdur. Bu isə kütləvi informasiya vasitəsi kimi nəzərdə tutulan qanuni fəaliyyətlə uyğunsuzluq təşkil edir. Məsələnin hüquqi müstəvidə mübahisələndirilməsi üçün əsaslar da var. Komissiya bütün bunları nəzərə alaraq «Qanunxeber.az» saytı ilə bağlı materialların Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəyə gəlib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyevanın «obyektiv.org», «azertaym.az», «cumhuriyyet.az» saytlarına qarşı şikayətinin müzakirəsində bildirilib ki, cavabdeh tərəflərin dəqiqləşdirilməmiş bilgiləri qabartdıqları üçün yanlışlıqlarını etiraf etmələri vacib şərtdir. Komissiya bunu əsas götürüb, eyni zamanda sözügedən saytlara gələcəkdə belə hallara yol verməməyi tövsiyəsi edib.

«Azərbaycan Uşaqları» İctimai Birliyinin sədri Kəmalə Ağazadənin «Ulu zirvə», Sumqayıt şəhər sakini Cümşüdov Mahir Fehruz oğlunun «Dərələyəz» qəzetlərinə qarşı şikayətləri müzakirə edilərkən müraciət müəlliflərinin iddialarında doğru olmadıqlarına dair rəy çıxarılıb.

Xəbər 3242 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +