Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


05.08.2025  11:42 

“Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu





A+  A-

Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Kristal Zalı” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Meqa Sığorta” ASC (VÖEN – 1400143091) olub.

XəzərNews.az xəbər verir ki, “Meqa Sığorta” ASC “Bakı Kristal Zalı”nın əməkdaşları üçün könüllü tibbi sığorta xidməti təqdim edəcək.

Bildirilir ki, “Bakı Kristal Zalı”nın ümumilkdə 75 əməkdaşın könüllü tibbi sığorta xidməti üçün “Meqa Sığorta”ya 37 min 200 manat ödəyəcək.

Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün ödəniləcək tibbi sığorta haqqı 496 manat olacaq.

Məlumat üçün bildirək ki, “Meqa Sığorta” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 23 milyon manat təşkil edir. “Meqa Sığorta”nın ən böyük (19% pay) səhmdarlarından biri Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur. 1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.

Məlumat üçün onu da qeyd edək ki, dövlət qurumları əməkdaşlarının və onların ailə üzvlərinin könüllü sığortası üçün aşağıdakı şirkətlərlə müqavilələr imzalayıblar:

Xəbər 619 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +