Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi
Cabbarovun yaxın adamı “SOCAR Petroleum”dan getdi
“Azərişıq”ın 24 milyonluq tenderini 10 manatlıq şirkət udub


29.07.2025  17:36 

UNICEF-in Azərbaycandakı ofisi bu tarixdə bağlanacaq





A+  A-

"UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti sentyabrın 3-dən etibarən dayandırılacaq".

XəzərNews.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur bildirib.

"UNICEF-in Azərbaycandakı fəaliyyəti 3 sentyabr 2025-ci il tarixindən etibarən dayandırılacaq. UNICEF Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığını regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək", - o qeyd edib.

Xatırladaq ki, martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qui-Yeop Son ilə görüş çərçivəsində bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyini bildirmişdi.

Həmçinin diqqətə çatdırılmışdı ki, bəzi BMT qurumları ilə gələcək əməkdaşlıq birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcək.

Qeyd edək ki, iyulun 29-da Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xəbər 903 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +