Tələbələr qaydalara etiraz edir - Video
Bakıda iki şəhidin məzarı qarət edildi
Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı


14.07.2025  11:13 

“Azərsun“ jurnalistləri süfrə başına deyil, məlumat bazasına dəvət etməli idi...





A+  A-

Azərbaycanda son illər Azərsun Holdinq haqqında mediada tənqidi materiallara rast gəlinməməsi diqqətçəkən tendensiyaya çevrilib. Bir çox müşahidəçilərin qənaətinə görə, bunun səbəbi şirkətin fəaliyyətindəki keyfiyyətli dönüş yox, əksinə, media ilə qeyri-rəsmi və media etikası ilə həmişə uzlaşmayan “əməkdaşlıq” münasibətləridir. Bu gün keçirilən tədbir- şirkətin bəzi media rəhbərlərini restorana dəvət edib ziyafət verməsi- bax, bu münasibətlərin daha bir nümunəsi sayıla bilər.

Azərbaycanda medianın 150 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin təbrik mesajları alması təbiidir. Amma isti münasibət medianın tənqid etmək azadlığına xələl gətirməməlidir. Tənqidə dözümlü olmaq ictimai məsuliyyət daşıyan hər bir hüquqi şəxs, xüsusən də böyük şirkətlər üçün əsas prinsiplərdən biri olmalıdır. Ziyafətlərin, hədiyyələrin, şəxsi yaxınlıqların kölgəsində formalaşan münasibətlər isə, bir çox hallarda media azadlığını təhdid edə və jurnalistikanı əsas funksiyalarından uzaqlaşdıra bilər.

Azərbaycanda uzun müddət belə bir problem yaşanırdı. KİVDF dövründə tez-tez keçirilən və dar bir çevrənin maraqlarına xidmət edən səfərlər, daha çox jurnalistin könlünü almaq üçün təşkil olunan restoran dəvətləri media camiəsini ictimai nəzarət və peşəkar məsuliyyətdən uzaqlaşdırırdı. Lakin son illərdə bu yanlış ənənəyə son qoyuldu. Medianın İnkişaf Agentliyi tərəfindən mətbuat nümayəndələri kababxanalardan auditoriyalara daşındı, ADA kimi nüfuzlu universitetlərdə təlimlərə, seminar və elmi-praktik müzakirələrə cəlb olundu. Bu, medianın cəmiyyətə daha yaxşı xidmət etməsi üçün müsbət bir dönüş idi. Amma indi böyük şirkətlərin - xüsusilə bazarda monopol mövqeyə malik olan “Azərsun”un medianı yenidən kababxanaya çəkməsi, başqa sözlə, köhnə metodlara qayıtması narahatlıq doğurur.

Azərsun Holdinq əgər medianı təbrik etmək, qutlamaq istəyirsə, bunun daha kreativ yolları var. Reklamla, açıq maliyyə dəstəyi ilə, ictimai faydalı kampaniyalarla Anadolu türkləri demiş, "dodaq uçuqladan" məbləğdə böyük paralar qazanan şirkət media mühitini və pluralizmi dəstəkləyə bilər. Bu, həm də onun korporativ məsuliyyət nümunəsi ola bilərdi. Amma şirkətin yaydığı maliyyə hesabatlarının formatı belə, onun bu məsuliyyətin daşıyıcısı olmadığını göstərir. Rəqəmlər təqdim olunur, amma nə izahat var, nə vizual təqdimat, nə də aydınlıq. Elə sənədlər var ki, üzərində şirkətin adı belə güclə seçilir. Bu, istənilən halda, şəffaflıq meyarına ziddir. Cəmiyyətin hesabat verə bilən şirkətlərə ehtiyacı var- xüsusilə bazar və qiymət siyasətinə birbaşa təsir göstərən istehsalçılar üçün bu, daha da vacibdir. Amma bu barədə "Azərsun"dan heç kim heç nə soruşmur. Səbəbi bəllidir.

Ziyafət tənqidin alternativi deyil. Şirkət jurnalistləri süfrə başına deyil, məlumat bazasına dəvət etməlidir. İctimaiyyətlə açıq dialoq, istehlakçının hüququna hörmət, gündəlik istehlak etdiyimiz olan məhsulların mənşəyi və qiymətinin əsaslandırılması barədə şəffaflıq Azərsunun da, medianın da nüfuzuna daha çox fayda verər. Yoxsa jurnalistlərin ildə bir dəfə restoranda qonaq olması, onun ertəsi gün yazacağı obyektiv məqalənin tonunu dəyişirsə, bu, təkcə medianın deyil, şirkətin də etibar itkisinə səbəb olacaq. Azərsun öz fəaliyyətində peşəkarlığı və hesabatlılığı önə çəkməli, media ilə münasibətlərində isə şəffaf və açıq qalmalıdır. Buna nail olmaq üçün də ilk növbədə kreativ, media dəyərlərinin fərqinə varan PR komandası formalaşdırmalıdır.

Zeynal ABDİN,
AzNews.az

Xəbər 1256 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +