Bakıda kütləvi söküntü işləri niyə dayandırılır?
Mədəniyyət Nazirliyi araşdırmaya başladı
Bələdiyyə sədri jurnalisti həbs etdirmək istəyir
Bakıda obyektdə yanğın olub - Rəsmi
Ruslar Xarkovu vurdu, insanlar təxliyə edildi
Tramp süni intellektin vahid modelini yaratmaq istəyir
Moskva prospektində qəza hadisəsi baş verib
Cəfər Cabbarlının heykəli acınacaqlı durumda...
Baş nazir qərar imzaladı
Şahruddin “Qarabağ”dan uzaqlaşdırıldı


05.03.2025  21:20 

Baş həkimin ölkədən çıxışına məhdudiyyət qoyulub





A+  A-

Naxçıvan Muxtar Respublikası, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkiminin ölkədən çıxışına məhdudiyyət qoyulub.

XəzərNews.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızının direktor və baş həkimi olduğu xəstəxananın dövlət büdcəsinə 57 097.94 manat vergi borcu yaranıb.

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Mehriban Abdullayevaya sözügedən borcun ödənilməsi üçün beş gün vaxt verilib.

İdarə tərəfindən məhkəməyə müraciət edilərək, xanım baş həkimin ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edilib.

Məhkəmə 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borcun ödənilməsini təmin edənə qədər ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb.

Xəbər 2880 dəfə oxunub.




18.11.2025  16:37 

Baş nazir qərar imzaladı

18.11.2025  16:20 

Əhməd Orucun evi qarət olunub

18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?


BÜTÜN XƏBƏRLƏR +