Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı
SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”


01.02.2017  13:35 

“Döşəyi də evdən aparmışıq...” - SOCAR “Azneft” İB-dəki korrupsiyaya göz yumur





A+  A-


“Azneft İstehsalat Birliyində gedən proseslər SOCAR rəhbərliyini niyə narahat etmir? Cəzasız qalan məsul şəxslərin ucbatından baş verən qəzalar nəticəsində işçilər həlak olur, işçilərin vəzifə və peşə dərəcələri aşağı salınmaqla onların əmək haqları aşağı salınır, onların sosial vəziyyəti ağırlaşdırılır”

XəzərNews.az-ın məlumatına görə, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Facebook" səhifəsində yazıb. 

“Döşəyi də evdən aparmışıq...”

Hüquq müdafiəçisi qeyd edib ki, indi də işçilərin yaşadığı yataqxanalarda yerdəyişmə prosesi gedir: 

“İşçilər bunu baş direktorun qohumları arasında (qudası və bacısının əri) gedən intriqa nəticəsi kimi düşünürlər. İşçilər deyirlər ki, yataqxanada özləri hər avadanlıqla təmin etməli idilər, bu neçə ildə etməyiblər. 

Yatdığımız döşəklər də vallah, bağışlayın, heç it də yatmaz, çoxumuz döşəyi də evdən aparmışıq. Hər avadanlığı evdən aparıb özümüzə otaq şəraiti düzəltmişik, bunlar da bunu dövlət büdcəsindən silib həmin məbləği bu günə qədər mənimsəyiblər”. 

M.Qəhrəmanlı yazıb: “İşçilər deyirlər ki, indi bizi yataqxanada yaşadığımız otaqlardan çıxarıb göndərirlər başqa korpusa, adını da qoyurlar ki, bura Nərimanneftdən 200 işçi Neft Daşlarında işləməyə gəlir. 

Ona görə boşaldılması haqda bildiriş paylayıblar. Bir neçə gündür çörəyin də qiymətin qaldırıblar, artıq əl boyda çörək 40 qəpiyə satılır. Soruşanda deyirlər; "korsan yoxsa kar" dollardan xəbərin yoxdu?”



Xəbər 3644 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib


BÜTÜN XƏBƏRLƏR +