Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub
Polis yollardakı vəziyyətlə bağlı məlumat yaydı
Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb
Bağırov körpüsündəki keçiddə hərəkət tam dayanıb - Video
Mingəçevirdə Günəşli bağlar massivini su basıb


25.03.2025  14:57 

Quran başın üstünə qoyub dua etmək üçün deyil





A+  A-

Allah-Təala insana ağıl və iradə kimi iki böyük əmanət, iki misilsiz nemət verib. İnsan həyatda nə qazanırsa, məhz bu iki gücün, bu iki nemətin sayəsində qazanır. Ağıl işlətmək üçündür, ağıl da alət kimidir, işləndikcə cilalanır, daha parlaq, daha iti hala gəlir.

Əgər diqqət yetirmisinizsə, Qurani-Kərimin ən azı yüz yerində insana düşünmək, təfəkkür etmək tövsiyə olunur. Buyurulur ki, gözlərini aç, dünyaya bax, ibrət al, doğru yolu seç. Yəni düşün və ağlını işlət, ağlı olmayanın heç bir şeyi olmaz.

İnsan düşündükcə Haqqa yaxınlaşar. Doğru istiqamətdə düşünmək əslində ibadətdir.
Bir adı Nur olan uca kitabımız Quran insan ağlının vara bilməyəcəyi bir ucalıqdır, ona doğru istiqaməti göstərir. Quran ağıl kitabıdır, onu düşünərək oxumaq, oxuyaraq düşünmək insanı hər cür çətinlikdən, fəlakətdən qurtarar.

Quran yas kitabı deyil, ölü üstündə oxunmaq üçün deyil, başın üstünə qoyub dua etmək üçün deyil, kitab rəfinin ən yüksək yerində saxlayıb şəfaət ummaq üçün deyil: oxumaq üçündür, oxuyub öyrənmək üçündür, həyatını onun göstərişləri ilə inşa etmək üçündür.

Əslində Qurani-Kərim - ən gözəl insan layihəsidir.

Oxumadan, öyrənmədən, buyruqlarını öz həyatına tətbiq etmədən Qurandan şəfaət gözləmək bilirsinizmi nəyə bənzəyir? - Həkim sənə bir resept yazıb, sən də o resepti cibində gəzdirməklə şəfa tapacağını düşünürsən. Şəfa tapmaq istəyirsənsə, o reseptdə göstərilənlərə əməl eləməlisən, yoxsa o kağız parçasından sənə nə xeyir olacaq ki?

Qurani-Kərim məntiqinə görə, Allahın yaratdığı ağaclar da, quşlar da, otlar da, göy üzündə üzən buludlar da, su da hər biri ayrı-ayrılıqda ayələrdir. Hər birini oxumaq, öyrənmək əmr olunub bizlərə.

Qurani-Kərimdə o da bildirilir ki, təfəkkür etməyənlərin, gördüyündən ibrət almayanların başına göydən rəzillik yağar. Bəlkə də sən zahirən çox şeyi bəzəyə, boyaya bilərsən, amma insanın içi bəzək götürmür, boya tutmur.

Tərəqqi də, tənəzzül də, hər şeydən əvvəl, insanın içindədir.

İlqar İsrafilov

Xəbər 1546 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +