Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


10.04.2021  10:06 

“Restoranların açılması o demək deyil ki, toy edə bilərsiniz” - DİN





A+  A-

Daxili İşlər Nazirliyi növbəti dəfə restoranlarda toy keçirilməsinə şərait yaradılması haqda məsələyə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında bildirib ki, kütləvi mərasimlərdə risk təhlükəsi daha yüksəkdir:

“Heç bir halda toy mərasimi təşkil etmək olmaz. Çünki restoranlarda müxtəlif təbəqələrin, müxtəlif ailələrin üzvləri olur.

Toyların keçirilməsinə cəhdlərlə bağlı faktların özü də göstərir ki, bu mərasimlərdə aktiv koronavirus xəstələri aşkarlanır. Vətəndaş nə qədər məsuliyyətsiz olmalıdır ki, bu tədbirləri keçirməyə cəhd etsin.

Restoranların fəaliyyətinə icazə verilməsi o demək deyil ki, toy mərasimləri keçirilə bilər. Bu mərasimlər həm hüquqi, həm də tibbi nöqteyi nəzərdən təhlükə mənbəyidir.

Dövlət vətəndaşların şad gününün keçirilməməsində maraqlı deyil. Dövlət burada vəsait itirir, sahibkarlar əziyyət çəkir. Dövlətin ali məqsədi vətəndaşın sağlamlığını qorumaqdır və hər bir vətəndaş da bu prosesə öz töhfəsini verməlidir”.



Xəbər 2382 dəfə oxunub.



15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +