Baş həkimin 95 min manatını mənimsədilər
Xarkovda fövqəladə vəziyyət elan edilib
Bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
“Sea Breeze”da fəhlə ustanı bıçaqladı
Səhər bəzi yerlərdə arabir yağış yağacaq
Rafael Qvaladze təqaüdə yola salınıb
Bank kartlarından 40 min manatadək pul oğurlandı
Bu yollarda sıxlıq var - Siyahı
Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu


04.12.2020  17:56 

Bakıda qalan Rusiya vətəndaşlarının nəzərinə





A+  A-

Dekabr ayında "Ural Hava Yolları" aviaşirkəti Rusiya vətəndaşlarını vətənlərinə çatdırmaq məqsədilə Bakı-Moskva ("Jukovski" hava limanı) marşrutu üzrə üç çarter reysi həyata keçirəcək.
XəzərNews.az xəbər verir ki, reyslər Rusiya vətəndaşı olan və ya Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Çarter reysləri dekabrın 12-si, 19-u və 26-sı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

Xatırladaq ki, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri icra olunur.

Xəbər 1989 dəfə oxunub.




10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +