Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi
Baş həkimin 95 min manatını mənimsədilər
Xarkovda fövqəladə vəziyyət elan edilib
Bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
“Sea Breeze”da fəhlə ustanı bıçaqladı
Səhər bəzi yerlərdə arabir yağış yağacaq
Rafael Qvaladze təqaüdə yola salınıb
Bank kartlarından 40 min manatadək pul oğurlandı
Bu yollarda sıxlıq var - Siyahı


06.12.2019  16:48 

AFFA “Qəbələ”yə maddi yardım edəcək?





A+  A-

“Klubda işgüzar mühit hökm sürür. Komandalarımız çıxışını davam etdirir. Hər bir departamentimiz əvvəlki kimi fəaliyyət göstərir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş meneceri Zaur Əzizov İdman TV və Azərbaycan Radiosu 105 FM-də yayımlanan “Extra Time” verilişində deyib.

Klubun gələcəyi haqda danışanƏzizov yaşayacağına inandığını bildirib: “Sponsor imtinasına gəlincə, rəsmi olaraq bu barədə kluba hər hansı məlumat daxil olmayıb. Hamı yüksək səviyyədə işini davam etdirir. Klubun neçə illərdir sponsoru olan “Gilan Holdinq”in adından danışa bilmərik. Mövsümün əvvəlində bəlli bir büdcəmiz vardı. Hətta maliyyə vəziyyətimiz Avroliqada oynadığımız vaxtdan da yaxşıdır. O mənada ki, həmin vaxt 15-20 günlük gecikmələr olurdusa, hazırda bu problem yoxdu. Son illərdə büdcə azaldıldığı və klubun iddiası əvvəlki kimi olmadığı üçün insanların belə düşünməsi normaldı. Ancaq mən kifayət qədər ümidliyəm ki, “Qəbələ” yaşayacaq. Özü də bu, təkcə əsas komandaya yox, bütün struktura aiddi. Yəni, “Qəbələ” var olduqca, akademiyası da fəaliyyət göstərəcək”.

Klub rəsmisi AFFA-nın baş katibi Elxan Məmmədovla görüş olduğunu açıqlayıb və növbəti ildən maddi dəstəyin assoiasiya tərəfindən olacağını da istisna etməyib: “Klub prezidenti Fariz Nəcəfov Elxan müəllimlə görüşüb və klubun gələcək fəaliyyəti müzakirə olunub. Yaxın günlərdə hər iki tərəfdən bu barədə açıqlama veriləcək. Bunun üçün daha bir neçə gün gözləməli olacağıq”.

Qeyd edək ki, bu ayın ortasında keçirilməsi nəzərdə tutulan AFFA İcraiyyə Komitəsinin bu il üçün son iclasında “Qəbələ”nin gələcək taleyi də müzakirə olunacaq.

Xəbər 1725 dəfə oxunub.



10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +