Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub
Bu kollecdə tələbələrdən 350-500 manat pul alınır - İddia
Paşinyan sülhdən danışdı
Məmməd Musayev vəzfəzindən kənarlaşdırıldı
Arvadımın çılpaq videolarını yaydı - Məhkəmə
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib
Naxçıvanda 46 milyon manatlıq pozuntu aşkarlandı
Ukrayna Kursku pilotsuz təyyarələrlə vurdu
Sahibkar xanım nazirliyin qarşısında özünü yandırmağa cəhd edib
Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?


19.09.2017  12:51 

Bakının 7 rayonunda köhnə binalar sökülür





A+  A-

Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarın qəbulundan müəyyən zaman ötür.
Keçən dövr ərzində mütəxəssislər arasında pilot layihə kimi dəyərləndirilən və Bakı şəhərində həyata keçirilən bu böyük miqyaslı yenidənqurma işləri çərçivəsində hansı addımlar atılıb?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, hazırda 3 rayondan başqa digər rayonlarda obyektlər tikilir:

“Qaradağ, Binəqədi, Sabunçu rayonlarından başqa, qalan 9 rayon bizə məlumat göndərir. Yəni ərazilərin baş planları bizimlə razılaşdırılır. Bu rayonlardan məlumatımız olsa da, qeyd edilən digər 3 rayonla bağlı hər hansı informasiyamız yoxdur. Çünki Nazirlər Kabinetinin 86 nömrəli qərarı ilə yalnız 9 rayon bizə həvalə edilib.

Hazırda 9 rayon üzrə 44 obyekt tikilir. Lakin Xəzər, Pirallahı rayonunda hələki pilot layihələrə başlanılmayıb. Həmin ərazi uzaq məsafədə yerləşdiyi və orada investor olmadığı üçün tikinti yoxdur. Qalan 7 rayonda isə qeyd edildiyi kimi işlər davam edir”.

Pilot layihə ölkəmizdə həyata keçirilən sosial xarakterli tədbirlər içərisində özünəməxsus yer tutur. Belə ki, bu layihənin həyata keçirilməsinin əsas məqsədi müvafiq rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir.

(modern.az)

Xəbər 1081 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı

14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +