Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi
Baş həkimin 95 min manatını mənimsədilər
Xarkovda fövqəladə vəziyyət elan edilib
Bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
“Sea Breeze”da fəhlə ustanı bıçaqladı
Səhər bəzi yerlərdə arabir yağış yağacaq
Rafael Qvaladze təqaüdə yola salınıb
Bank kartlarından 40 min manatadək pul oğurlandı


28.04.2017  13:46 

Sosial mənzil almaq istəyənlərin NƏZƏRİNƏ





A+  A-

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir.
Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyindən XəzərNews.az-a verilən məlumata görə, ötən müddət ərzində aidiyyəti dövlət orqanları ilə təşkil olunmuş səmərəli əməkdaşlıq nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar tərəfindən təqdim olunmalı sənədlərin siyahıları dəqiqləşdirilib. Eyni zamanda, təqdim olunacaq sənədlərin müvafiq qurumlar tərəfindən yoxlanılması müddətini minimuma endirərək vətəndaşların rahatlığını təmin etmək məqsədilə aidiyyəti məlumat bazalarının “Güzəştli mənzil” sistemi ilə inteqrasiyası üçün tədbirlər görülüb.

Sözügedən sənədlər güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları üzrə qruplaşdırılaraq Agentliyin tabeliyində olan “MİDA” MMC-nin internet səhifəsində yerləşdirilib. Sözügedən kateqoriyalarla və hər bir kateqoriya üçün tələb olunan sənədlərin siyahıları ilə www.mida.az “internet-saytı”nın ana səhifəsində müvafiq olaraq “GÜZƏŞTLİ MƏNZİLİ KİM ALA BİLƏR?” və “TƏLƏB OLUNAN SƏNƏDLƏR” keçidləri vasitəsilə tanış olmaq mümkündür.

“MİDA” MMC-nin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna “Güzəştli mənzil” elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq. Sənədlərin qəbulunun başlanmasının tarixi barədə əlavə məlumat veriləcək.

Xəbər 1882 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +