Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


30.03.2025  22:15 

Daha bir tikinti şirkəti sakinlər evdə olarkən MƏNZİLLƏRİ SÖKÜR? - İDDİA





A+  A-

Sumqayıtda "Mahal" MMC tikinti şirkətinin sakinlər evdə ola-ola mənzilləri sökdüyü iddia edilir.

Xəzərnews.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, belə iddia ilə Sumqayıt sakinləri çıxış ediblər.

Sumqayıt şəhərinin 4-cü məhəlləsində "Mahal" MMC tərəfindən aparılan söküntü işləri ciddi narazılıq doğurub.

Sakinlər bildiriblər ki, evdə olduqları halda onların mənzilləri qanunsuz şəkildə sökülüb və tikinti şirkəti hələ də onlara lazımi kompensasiyanı ödəməkdən imtina edir. Hazırda tərəflər arasında gərginlik yaranıb. Mübahisənin kökündə isə kompensasiya məbləğinin azlığı dayanır. Sakinlərin sözlərinə görə, təklif olunan məbləğ onların yeni mənzil əldə etməsi üçün yetərli deyil.

"Mahal" MMC tikinti şirkətinin sədr müavini Ruslan Məmmədov bildirib ki, hazırda söküntü aparılan binada cəmi 3-4 ailə qalıb. Təklif olunan pul bazar qiymətlərinə uyğundur, lakin sakinlər bu məbləğlə razılaşmırlar. O, sakinlərin evlərinin qanunsuz sökülməsi iddiasını isə rədd edib. Məsələ ilə bağlı tərəflər arasında məhkəmə çəkişməsi davam edir.

Bu isə sakinlər üçün ədalətli həll yolunun tapılıb-tapılmayacağını müəyyən edəcək.

Qeyd edək ki, martın 27-də Bakı şəhərinin Yasamal rayonunun Alatava ərazisində Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında sakinlər içəridə ola-ola "Melissa Group" adlı tikinti şirkəti tərəfindən söküntü işləri aparılmışdı.


Xəbər 2782 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +