“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


26.03.2020  13:46 

Görüntüləri yayılan avtoxuliqan həbs edildi





A+  A-

2020-ci il martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində "VAZ 2106" markalı avtomobili idarə edən sürücünün yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntülər Bakı şəhər BPİ-də araşdırılıb.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, müəyyən edilib ki, həmin gün saat 23 radələrində qəsəbə sakini Faiq Əliyev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla avtoxuliqanlıq etdiyinə görə Sabunçu RPİ DYPŞ əməkdaşları tərəfindən saxlanılarkən o və sərnişini, qəsəbə sakini, Cəbiyev Ceyhun polisin qanuni tələblərinə tabe olmayıblar.

Onlar saxlanılaraq Sabunçu RPİ 14-cü PB-yə gətiriliblər.

Toplanmış materiallar əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sürücü Faiq Əliyev və Ceyhun Cəbiyev İXM-nin müvafiq maddələri ilə inzibati qaydada həbs ediliblər.

Eləcə də feysbuk sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar da araşdırılıb.

Qeyd olunan ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq barələrində İXM-nin 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə hər biri 100 manat məbləğində cərimə olunublar.

Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsi də saxlanılaraq tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən barələrində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Xəbər 1783 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +