İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı


09.08.2022  10:27 

FTB Donald Trampın malikanəsinə basqın edib





A+  A-

Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı malikanəsinə basqın edib.

Bu barədə sabiq prezidentin özü açıqlama yayıb. O bildirib ki, FTB onun evində axtarış aparıb:

"Mənim gözəl evim, Florida ştatının Palm-Biç şəhərindəki Mar-A-Laqo hazırda mühasirədədir. Bir qrup FTB agenti tərəfindən basqın edilib və zəbt edilib. Bu, millətimiz üçün qaranlıq vaxtdır. Daha əvvəl heç bir ABŞ prezidentinin başına belə bir şey gəlməyib”.


Tramp FTB agentlərinin mülkündəki seyfi sındırdığını iddia edib:

“Müvafiq dövlət qurumları ilə əməkdaşlıq etdiyim halda evimə elan edilməmiş bu basqın lazım və ya uyğun deyil”.

“Associated Press”, məsələdən xəbəri olan insanlara istinad edərək hadisənin təfərrüatları haqqında məlumat yayıb. Bildirilib ki, basqın Trampın Ağ Evdəki fəaliyyəti dövründə Floridadakı iqamətgahında məxfi qeydləri əldə edib-etməməsi ilə bağlı araşdırma aparmaq üçün edilib:

“Ədliyyə Departamenti bu ilin əvvəlində Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən Mar-A-Laqodan götürülmüş 15 qutu sənədin içərisində aşkar edilmiş məxfi qeydlərin mövcudluğunu araşdırır”.

Qeyd olunub ki, Federal qanunlar məxfi dövlət sənədlərinin qanunla müəyyən edilmiş icazə verilən yerlərdən çıxarılmasını qadağan edir.



Xatırladaq ki, D. Tramp ötən ilin iyulunda verdiyi müsahibədə yenidən prezidentliyə namizəd olacağını bildirmişdi./Yeniavaz.com

Xəbər 2126 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +