Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


08.06.2021  14:57 

Pakistan hərbi bazalarını ABŞ-a təhvil verməkdən imtina etdi





A+  A-

Pakistan xarici işlər naziri Şah Mehmud Qureyşi qoşunlarını Əfqanıstandan çıxaran ABŞ-ı hərbi bazalarla təmin etməkdən imtina etdiyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

“Baza axtarmaq onların istəyi ola bilər. Bazalarımızın verilməsindən söhbət gedə bilməz, maraqlarımızı görməliyik”, - deyə Mahmud Qureyşi qeyd edib.

Bundan əvvəl “The New York Times” mənbələrinə istinad edərək, ABŞ rəhbərliyinin hərbi bazanın köçürülməsi ilə bağlı Pakistan hökuməti ilə danışıqlar apardığını yazmışdı. Məqalədə Vaşinqtonun Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə kəşfiyyat məlumatları toplamaq və terrorizmə qarşı mübarizə aparmaq üçün bazaya ehtiyacı olduğu qeyd olunmuşdu.

Qeyd edək ki, mayın 1-də ABŞ və NATO qoşunları Əfqanıstandan çıxarmağa başlayıb. Qoşunların tam çıxarılması sentyabrın 11-dək davam edəcək.

Xəbər 2216 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +