“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


04.07.2022  12:31 

Sahil Babayevin DTX-nın saxladığı qohumu ilə bağlı qərar verildi





A+  A-

Dövlət Təhlükəsizik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev barəsində məhkəmə qərar verib.

R.Babayevlə bağlı DTX-nın təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

R.Babayev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Rəşad Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olduğu bildirilir. O, bundan əvvəl DGK-də Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Xatırladaq ki, sözügedən əməliyyat zamanı DGK-nin Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov da saxlanılmışdı. Onun barəsində də eynilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. DTX tərəfindən Gömrük Komitəsində keçirilən daha öncəki əməliyyatda isə “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov həbs edilmişdi./“Qafqazinfo”

Xəbər 1670 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +