“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


04.09.2021  12:08 

Türkiyə ilə Azərbaycan arasında imzalanmış 3 sənəd qüvvəyə mindi





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanmış 3 anlaşmanın qüvvəyə minmə tarixlərini təsdiq edib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumat “Resmi Gazete”də paylaşılıb. Məlumata əsasən, Türkiyə Prezidenti 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma”, 31 oktyabr 2017-ci ildə Bakı şəhərində imzlanmış “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Sahəsində Əməkdaşlıq haqqında Anlaşma”, 25 aprel 2018-ci ildə Ankara şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İşlədilməsi və Fəaliyyətləri Haqqında Anlaşma”nın qüvvəyə minmə tarixlərini təsdiq edib.

Beləliklə, iki ölkə arasında imzalanmış anlaşmalar müvafiq olaraq 29 aprel 2021-ci il, 21 aprel 2021-ci il, 30 mart 2021-ci il tarixlərindən qüvvəyə minmiş hesab edilir.

Xəbər 2451 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +