“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


12.02.2019  12:27 

Maaşlar artacaq - Komitə sədri anons verdi





A+  A-

“Azərbaycanda elə həftə yoxdur ki, Prezident tərəfindən sosial məqsədlərə xidmət edən sərəncam imzalanmasın. Belə addımlardan biri də minimum əmək haqqının artırılması ilə bağlı sərəncamdır. Bu sərəncamla əhalinin böyük hissəsi əmək haqlarında hiss olunacaq dərəcədə fərqi görəcəklər”.
XəzərNews.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, Prezidentin sərəncamı müstəqillik dövründə ilk belə addımdır:

“Bu, gələcəkdə əmək haqlarının artırılmasına imkan yaradacaq. Vahid tarif cədvəlinin 19 qrafasında əmək haqları hiss olunacaq dərəcədə dəyişəcək. 2007-ci ildə yaşayış minimumu 67 manat idi. Minimum əmək haqqı isə 50 manat idi. Digər illərdə də belə fərqlər var idi. Lakin ölkə başçısının son sərəncamı ilə minimum əmək haqqı yaşayış minimumunu üstələdi. Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək, bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür”.

Deputat söyləyib ki, şəhid ailələrinə verilən müavinət 58 manat artırılaraq 300 manata çatıdırılıb:

“Bəzən biz birbaşa manatla olan müavinəti qavraya bilirik. Amma ölkədə məktəb, yol və digərlərinin tikintisini qavramırıq. Bunların da hər biri vətəndaşlara yönəlib. Görülən işlər, atılan addımların hər biri əhalinin rifah halına istiqamətlənib”.

Xatırladaq ki, Prezident İlham Əliyevin son sərəncamı ilə minimum əməkhaqqı 130 manatdan 180 manatadək artırılıb.

Xəbər 1494 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +