“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


01.09.2018  09:48 

Düyməli telefonlara maraq kəskin artıb





A+  A-

2017-ci il ərzində internetə çıxışı olmayan düyməli telefonlara tələbat 5% artıb. Köhnəlmiş modellərə artan maraq son illərdə ilk dəfədir ki müşahidə olunur.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, eyni zamanda smartfon satışı gözlənilmədən 2% aşağı düşüb. Buna səbəb sutka ərzində sosial şəbəkələrə çıxışın olması ola bilər. İstifadəçilər internetə çıxışı olmayan modelləri almaqla İnstagram və Facebook şəbəkələrində yeniliklərindən uzaq olmaq istəyirlər.

Ortalama istifadəçi smartfonu hər 12 dəqiqədən bir yoxlayır.

Ofcom şirkətinin araşdırmasına görə, 78% britaniyalı həyatını smartfonsuz təsəvvür etmir. Yaşlı nəsil gündə 28 dəqiqə onlayn olur, 18-24 yaşlılar isə gün ərzində 3 saat 14 dəqiqə internetdə olurlar.

İnternet-asılılıq problemi smartfon istehsalçılarını da narahat etməyə başlayıb. İyun ayının sonunda iOS 12 beta versiyası istifadəçiyə sosial şəbəkə və messencerlərdə nə qədər vaxt sərf etdiyini izləmək, həmçinin smartfonun istifadəsinə məhdudiyyət qoymağa imkan yaratdı.

Fevralda Nokia məşhur “Matritsa” filmində istifadə olunan 8110 modelini yenidən satışa buraxıb. Şirkət həmçinin Nokia 3310 əfsanəvi modelinin yenilənmiş versiyasını təqdim edib.

Xəbər 1028 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +