“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


22.11.2017  09:56 

“Forbes“ ilin ən çox qazanan modelinin adını açıqladı





A+  A-

Amerikanın "Forbes" jurnalı ilin ən çox qazanan 10 modelinin siyahısını tərtib edib.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, siyahıda ilk yeri 22 yaşlı amerikalı model Kendall Cenner tutub.

O, cari ildə 22 milyon dollar qazanmağa müvəffəq olub. Bununla da Cenner son 15 ildə birinciliyi əldən verməyən braziliyalı Jizel Bündheni ikinci pilləyə endirib. 37 yaşlı Bündhen 2017-ci ildə 17,5 mln. dollar qazanıb.

Reytinq siyahısının üçüncü pilləsində 13,5 mln. dollar gəlirlə Krissi Teyqen qərarlaşıb. Bu, 31 yaşlı amerikalının "Forbes" reytinqində debütüdür. Siyahının sonrakı yerlərində 36 yaşlı braziliyalı model Adriana Lima (10,5 mln. dollar), amerikalı Cici Hadid və britaniyalı model Rouzi Hantinqton-Uaytli (hər ikisi 9,5 mln. dollar) və digərləri qərarlaşıblar.

Xəbər 1596 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +