“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


09.02.2017  12:53 

Azərbaycanda güclü zəlzələlər gözlənilir? - AÇIQLAMA





A+  A-


Bu ilin əvvəlindən Azərbaycanda və ona bitişik ərazilərdə 1050-dən çox təkan qeydə alınıb ki, onların da hamısı zəif olub.

Bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdikləri mətbuat konfransında deyib.

Azərbaycanın seysmoloji ərazidə yerləşdiyini deyən Q.Yetirmişli bildirib ki, adətən, il ərzində Azərbaycan və onunla həmsərhəd ərazilərdə 9000-dən artıq zəlzələ olur. 2015-ci illə müqayisədə 2016-cı ildə baş verən zəlzələlər (avqustda baş verən zəlzələ olmaqla) zəif olub.

Hazırda Azərbaycanda ən müasir seysmoloji cihazların quraşdırıldığını deyən Q.Yetirmişli əlavə edib ki, ölkə ərazisində hələlik elə bir təhlükəli, güclü zəlzələlər də gözlənilmir.

Qurban Yetirmişli deyib ki, zəlzələlərin palçıq vulkanları ilə genetik cəhətdən əlaqəsi var.

O bildirib ki, vulkanların püskürməsi elə belə olmur: "2014-cü ildə Qobustan rayonunda "Şıxzərli" vulkanın püskürməsindən 2 gün əvvəl bu vulkanın yanında zəlzələ baş vermişdi. Vulkanın oyanmasına ən çox təsir edən amil zəlzələlərdir".

Q.Yetirmişli əlavə edib ki, fevralın 6-da Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində "Otman bozdağ" vulkanı püskürməmişdən əvvəl onun yaxınlığında 7-8 təkan qeydə alınıb. Mərkəz direktoru deyib ki, "Otman bozdağ" vulkanının dərinliyi 3 km idi və o, gün ərzində 2 dəfə püskürüb.

Bu vulkanın sonuncu dəfə 2004-cü ildə püskürdüyünü deyən Q.Yetirmişli deyib ki, ölkə ərazisindəki vulkanlarda gedən prosesləri izləmək üçün onlarla bağlı ayrıca monitorinq aparmaq, onlar ətrafında mobil stansiyalar qurmaq lazımdır.

(trend.az)

 



Xəbər 1452 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +