Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


10.01.2023  11:57 

DYP piyadalara su sıçradan sürücülərə xəbərdarlıq etdi





A+  A-

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) piyadalara su sıçradan sürücülərə xəbərdarlıq edib.

XəzərNews.az xəbər verir ki, Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev AZƏRTAC-a açıqlamasında deyib ki, hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraiti hökm sürür. Bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.

“Məlumdur ki, qarlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır.

Odur ki, mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı yollarda daha məsuliyyətli olmalıdır. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də şinlərin mövsümə uyğun olmasına və əyləc sisteminin sazlığına əmin olmalı, qar sularının yollarda yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar. Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Belə sürücülər aşkarlandığı təqdirdə barələrində İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Nəzərə almaq lazımdır ki, şaxtalı havada piyadaların su ilə islanması xoşagəlməz hal yaradır. Bütün sürücülər yollarda hərəkət edərkən piyadaları da nəzərə almalıdırlar.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan qarşıya keçməyi tövsiyə edirik”, - deyə DYP İdarəsinin şöbə rəisi vurğulayıb.

Xəbər 968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +