Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


24.08.2023  19:12 

Bir dini icma nümunəsi - Fotolar





A+  A-

Masallı rayonu Sığdaş kənd məscidi dini icması həmişə xeyirxah əməlləri ilə nümunə olmuşdur.

Dini icmanın Silahlı Qüvvələr və Bilik Fondlarlarına, Türkiyədə zəlzələdən zərər çəkmiş qardaşlarımıza, şəhid, imkansız ailələlərə, qazilərimizə etdiyi yardımlar el-obanın xalqımıza verdiyi dəyərin təzahürüdür.

Sığdaş kənd mıscidi dini icmasının sədri Hümmət Cəfərov bildirib ki, bu günlərdə dini icmanın maliyyə vəsaiti ilə Sığdaş kənd məscidinin həyəti asfaltlanmışdır. 1400 kvadrat metr ərazinin asfaltlanmasına 16000 manat vəsait xərclənmişdir.

Qeyd edək ki, Sığdaş kənd məscidi XIX əsrdə inşa edilib.

2002-ci ildə isə əsalı şəkildə təmir edilib.

Abidə yarım metr hündürlükdə olan səki üzərində tikilib. Məscidin divarları yerli ustalar tərəfindən qırmızı kərpiclə hörülüb. Ön hissədə iki tağvari qapı və dörd pəncərə var. İbadətgahın yan tərəflərində də əlavə iki tağvari pəncərə var. Giriş qapılarına enli və uzun pilləkənlər çəkilib. İbadət evinin həyətində isə kərpicdən tikilmə Əli (ə.s) bulağı var.

Məscidin 25 metr hündürlükdə qoşa minarəsi var. Günbəz və minarələrin üstü qızılı rəngli dəmir təbəqə ilə üzlənib.







Xəbər 6272 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +