Qadını fotoları ilə şantaj edən şəxs tutulub
Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər - Prezident
Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var
Orduya çağırılanlar necə yarasız edilir?
Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi
Seymur Verdizadə təltif olundu
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib


06.07.2023  11:32 

Polis Bakı kəndlərində əməliyyat keçirdi





A+  A-

Sabunçu polisi Ləhiş bağları, Maştağa, Nardaran və Ramanada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirib.

XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün Ləhiş bağları, Maştağa, Nardaran və Ramana qəsəbələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib. Nəticədə qeyd edilən ərazilərdə çətənə kollarının kultivasiyası ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 394 ədəd kultivasiya yolu ilə əkib-becərdikləri çəkisi 12 kiloqram olan çətənə kolu aşkar edilib.

Qeyd edilib ki, iyun ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rayon ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Xəbər 1399 dəfə oxunub.



09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +