Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


20.01.2020  13:28 

İsmayıllıda ağır yol qəzası - 1 ölü, 7 yaralı





A+  A-

İsmayıllı rayonunda 1 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az-ın məlumatına görə, hadisə yanvarın 20-də səhər saat 10 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasındakı yolda olub. Belə ki, Şəki-Bakı marşrutu üzrə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşıdan gələn “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində “VAZ 21099”-un sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu hadisə yerində ölüb.

7 nəfər sərnişin – 1966-cı il təvəllüdlü Rauf Həsənov, 1957-ci il təvəllüdlü Nazim Süleymanov, 1999-cu il təvəllüdlü Ruslan Neymanzadə, 1993-cü il təvəllüdlü Türkanə İsrafilli, 1970-ci il təvəllüdlü Tərlan İsmayılov və adı məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1434 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +