Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var
Orduya çağırılanlar necə yarasız edilir?
Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi
Seymur Verdizadə təltif olundu
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama


10.04.2017  20:43 

Qız huşunu itirəndən sonra boğaraq öldürüb...





A+  A-

Moskva polisi 21 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi rəisinin köməkçisi Yuliya İvanova qətldə təqsirləndirilən 24 yaşlı Raqif Qənbərov barəsində Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlandığını bidirib.

İstintaqın versiyasına görə, bu il aprelin 5-də Raqif Qənbərov və tanışı olan qız arasında Nijni Mnevniki küçəsində avtomobildə mübahisə yaranıb.

R. Qənbərov qızı əlləri ilə boğmağa başlayıb. Qız huşunu itirəndən sonra R. Qənbərov kəməri onun boğazına dolayıb və qızı boğaraq öldürüb. Qətlin izini itirmək məqsədi ilə cəsədi Nijnie Mnevniki küçəsi yaxınlığındakı meşə zolağında çalada gizlədib.

R. Qənbərov istintaqa ilkin ifadəsində qətli törətdiyini etiraf edib. Hazırda onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin törədən şəxsin milliyyəti açıqlanmasa da, ad və soyadından onun azərbaycanlı olduğu güman edilir.

Xəbər 1879 dəfə oxunub.



09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +