Hikmət Hacıyev Londonda görüşlər keçirib
Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi
III Çarlz Kanadanı müdafiə edəckmi?
USAID proqramlarının 83%-i rəsmən bağlandı – Rubio
İş adamı gecə qəzasında öldü


11.08.2017  15:36 

Qiymət cilovlanmasa, inflyasiya daha yuxarı olacaq - Proqnoz





A+  A-

Azərbaycanda sərt maliyyə siyasəti yürüdülsə də, illlik inflyasiyanın 14 faizə yüksəlməsi ondan xəbər verir ki, sərt tədbirlər görülməsəydi, inflyasiya 20 faizi keçə bilərdi.
XəzərNews.az xəbər verir ki, “Ekspress” qəzetinin bu mövzuda hazırladığı materialda bildirilir ki, bu mənada həm Mərkəzi Bankın, həm də hökumətin antiinflyasiya tədbiri kimi sərt maliyyə siyasəti yürütməsi təqdirəlayiqdir.

Bütün ölkələr ikirəqəmli inflyasiyadan qaçmağa çalışır və və bir qayda olaraq inflyasiya 10 faizlik həddə yaxınlaşdıqda bahalaşmanın səngidilməsi məqsədilə sərt tədbirlər görür. Bir çox hallarda sərt tədbirlər inflyasiya həddinin 10 faizə çatmasının qarşısını alsa da, bəzi hallarda bu tədbirlər istənilən nəticəni vermir və qiymət artımları ikirəqəmli həddi ötür. İkirəqəmli inflyasiyanın qeydə alınması heç də müvafiq qurumların zəruri maliyyə tədbirlərini görməməsi ilə bağlı deyil. Əksinə, zəruri tədbirlər görülməsəydi inflyasiya daha yüksək olacaqdı və nəticədə iqtisadiyyata dəyən zərər də böyüyəcəkdi.

Qəzet yazır ki, inflyasiya səviyyəsinin 10 faizi ötməsi əlbəttə ki, iqtisadiyyatda müəyyən qədər gərginlik yaradır, bahalaşmanın sürəti izlənilir. Hazırda isə ölkəmizdə də çaparaq inflyasiya müşahidə edilir.

İnflyasiya ikirəqəmli olduqda və bu, uzun müddət davam etdikdə ölkə iqtisadiyyatına kredit, sərmayə qoyuluşuna ehtiyatlı yanaşılır, hətta sərmayə qoyuluşunun azalması əlamətləri də görünür. İkirəqəmli inflyasiya dövründə pulun alıcılıq qabiliyyətində də azalma hiss edilir. Buna görə də müvafiq qurumlar inflyasiyanı cilovlamağa çalışır, onu təkrəqəmli həddə endirmək üçün cəhdləri gücləndirirlər.

Azərbaycan müstəqillik tarixində inflyasiyanın hər 3 formasını yaşayıb. 1993-cü ildə qiymətlər 12,3 dəfə, 1994-cü ildə 17,6 dəfə, 1995-ci ildə 5,1 dəfə artıb. Bu illərdə iqtisadiyyatda hiper inflyasiya baş verib.

Yazıdakı ehtimala görə, 2017-ci ilin ilk 7 ayının nəticəsi göstərir ki, cari ildə də ikirəqəmli bahalaşmadan qaçmaq mümkün olmayacaq.”Sürətli bahalaşmanın baş verdiyi ölkələrdə inflyasiyanı cilovlamaq üçün Mərkəzi Bankların üzərinə böyük vəzifələr düşür. Mərkəzi Bank pul-kredit siyasətində dəyişiklik etməklə inflyasiyanı təkrəqəmli həddə endirməyə çalışır. Amma Mərkəzi Banklarla bərabər hökumətlər də yüksək inflyasiyanı azaltmaq məqsədilə zəruri tədbirlər görür”.

Qəzetin yazdığına görə, ölkəmizdə inflyasiyanı yaradan əsas hadisə dollar manat məzənnəsində baş verən dəyişiklikdir. Bu səbəbdən bütün maliyyə tədbirləri məzənnə-inflyasiya şəraitinə uyğunlaşdırılıb. Məlumdur ki, son iki ildə müşahidə edilən yüksək inflyasiya manatın ucuzlaşması və idxal edilən malların bahalaşma ilə bağldır. Buradan irəli gələrək sərt maliyyə tədbirləri bir tərəfdən dollar manat məzənnəsinin sabitləşməsinə, digər tərəfdən buradan qaynaqlanan inflyasiyanın daha çox yüksəlməsinə qarşı yönəldilib.

Xəbər 1909 dəfə oxunub.




10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu


BÜTÜN XƏBƏRLƏR +