Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi
III Çarlz Kanadanı müdafiə edəckmi?
USAID proqramlarının 83%-i rəsmən bağlandı – Rubio
İş adamı gecə qəzasında öldü
Dövlət bu xəstəxanaya sabun vermir? - ŞİKAYƏT


09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?





A+  A-

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov uzun müddətdir ictimaiyyət arasında görünmür. Onun səhhətində ciddi problemlər olduğu, bir müddət əvvəl əməliyyat keçirdiyi barədə məlumatlar var. Prezidentin köməkçisi son bir il ərzində hüquq-mühafizə orqanlarında keçirilən mühüm tədbirlərdə də iştirak etmir.

F.Ələsgərov sonuncu dəfə ictimaiyyət arasında 2023-cü il aprelin 4-də görünüb. O, Prezident Aparatının (PA) rəhbəri Samir Nuriyevlə birlikdə Ali Məhkəməyə yeni sədr təyin edilmiş İnam Kərimovun kollektivə təqdim edilməsi mərasimində iştirak edib.

Bir qayda olaraq hüquq-mühafizə orqanlarında yüksək vəzifələrə təyinatlar aparılarkən yeni kadrların kollektivə təqdim olunması F.Ələsgərov tərəfindən həyata keçirilib. Məsələn, o, 01.05.2020-ci il tarixində yenə PA rəhbəri Samir Nuriyevlə birlikdə Baş prokuror Kamran Əliyevi prokurorluq orqanlarının rəhbərliyinə təqdim edib.

Amma ötən il fevralın 8-də Ədliyyə naziri Fərid Əhmədovun kollektivə təqdimatında Fuad Əlsəgərov iştirak etməyib, yeni nazir PA rəhbəri Samir Nuriyev tərəfindən ədliyyənin rəhbər heyətinə təqdim olunub.

Bundan başqa, PA şöbə müdiri 2021-ci ildən etibarən Daxili İşlər Nazirliyinin Kollegiya iclaslarına da qatılmır. Sonuncu dəfə o, 5 il əvvəl kollegiya iclasının sədarətində olub. Sonrakı illərdə keçirilən toplantılardan çəkilmiş fotoşəkillərdə kollegiyanın nazir, general-polkovnik Vilayət Eyvazov tərəfindən müavinlərinin iştirakı ilə aparıldığı görünür.

Fuad Ələsgərov uzun illərdir PA-nın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindədir. 2019-cu ildə Ramiz Mehdiyevin PA rəhbərliyindən uzaqlaşdırılmasından sonra qurum yenidən təşkil olunub. Bu dəfə F.Ələsgərov nəinki postunu qoruyub, 29 noyabr 2019-cu ildə Prezident, şöbə müdiri vəzifəsi saxlanılmaqla onu həm də özünə köməkçi təyin edib. O, hüquq-mühafizə orqanlarının fəaliyyətinə ümumi nəzarəti həyata keçirib. Bu fakt Ələsgərovun uzun illərə dayanan fəaliyyətinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyini, etimadı doğrultduğunu göstərir.

Yaxın tarixdə baş verən hadisələr göstərir ki, hakimiyyət olimpində mühüm postlar tutmuş “köhnə qvardiya” nümayəndələrinin heç də hamısı ölkə başçısının etimadını qazana bilməyib. Onlardan Ramiz Mehdiyevin, Əli Həsənovun, Əbülfəs Qarayevin, Elmar Məmmədyarovun və başqalarının aqibətini misal gətirmək olar. Onlar və adları çəkilməyən bir çox məmurlar sadəcə, vəzifədən çıxarılmayıb, həm də hakim komandadan qovulublar. Bu zaman onların vaxtı ilə göstərdiyi xidmətlər də nəzərə alınmayıb. Görünür, günahları, yaratdıqları problemlər xidmətləri ilə müqayisədə ağır gəlib və nəticədə vəzifələrindən normal şəkildə ayrıla bilməyiblər...

Ancaq belə görünür ki, Fuad Ələsəgərovun hakimiyyət daxilində vaxtı ilə mövcud olan qruplaşmalarda iştirak etməməsi və qoyulan vəzifələrin öhdəsindən gəlməsi onun hakimiyyət olimpində formal da olsa, hələ də qalmasının əsas səbəbləridir. Amma böyük ehtimalla, bu vəziyyət uzun müddət davam etməyəcək. F.Ələsgərovun çox mühüm postu bu formada "məşğul etməsi" illərlə davam edə bilməz...

Azpolitika.info



Xəbər 352 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu


BÜTÜN XƏBƏRLƏR +