Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi
III Çarlz Kanadanı müdafiə edəckmi?
USAID proqramlarının 83%-i rəsmən bağlandı – Rubio
İş adamı gecə qəzasında öldü
Dövlət bu xəstəxanaya sabun vermir? - ŞİKAYƏT


06.03.2025  17:54 

Gömrük Komitəsində nə baş verir?





A+  A-

“Dövlət Gömrük Komitəsi tərəfindən əməkdaşlara məzuniyyətlə bağlı qanunsuz şəkildə ərizə yazdırılır”.

XəzərNews.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya bir qrup gömrük əməkdaşı müraciət edib. Onların sözlərinə görə, ötən il üzrə istifadə olunmamış məzuniyyət günləri 2025-ci ilin əsas məzuniyyətinə birləşdirilir.

DGK tərəfindən hüquqlarının pozulduğunu deyən işçilər bu prosesin onlara seçim haqqı verilmədən, iradələrinə zidd şəkildə həyata keçirildiyini deyirlər:

“Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əməkdaş iş ili ərzində məzuniyyətindən istifadə etmədikdə ona istifadə olunmamış günlərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, Məcəllənin 134.5-ci maddəsinə görə, tərəflərin qarşılıqlı razılığı ilə istifadə olunmamış məzuniyyət növbəti iş ilinə keçirilə bilər. Bənzər tələblər “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 87 və 91-ci bəndlərində də təsbit olunub. Həmin sənədə əsasən, gömrük əməkdaşları istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya almalı və ya bu günləri növbəti ilə keçirə bilərlər. Həmçinin Əsasnamənin 109-cu bəndinə görə, əməkdaşlar hər il əsas məzuniyyətə çıxarkən biraylıq əməkhaqqı həcmində müavinət əldə etməlidirlər. Lakin Dövlət Gömrük Komitəsində baş verənlər bu hüquqi tələblərlə uzlaşmır”.

Şikayətçilərin iddiasına görə, işçilərə hətta 2024-cü ildən qalan istifadə edilməmiş məzuniyyət günlərindən yararlanmadan 2025-ci ilin məzuniyyətinə çıxmaq qadağan edilib. Nəticədə, əməkdaşlar həm istirahət hüququndan məhrum edilib, həm də onlara məzuniyyətə çıxdıqda verilməsi nəzərdə tutulan biraylıq müavinətin ödənilməməsi halı yaranıb.

Problemlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət ünvanladıq. Qurumdan sorğumuza belə cavab aldıq:

“Gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliyə və müəyyən edilmiş qrafikə uyğun olaraq məzuniyyətə çıxırlar və bu zaman gömrük orqanlarının vəzifəli şəxslərinə qanunvericilikdə nəzərdə tutulan bütün ödənişlərin ödənilməsi təmin edilir”.

Qeyd edək ki, bir müddət öncə Dövlət Gömrük Komitəsində maaşlar da gecikdirilib. Belə ki, qurumun işçiləri ötən ilin oktyabrından bəri ala bilmədikləri əməkhaqlarını bu il yanvarın sonunda əldə edə bildilər. Bu yöndə daha bir iddia isə Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin dekabr və yanvar ayları üçün təqaüdlərini ala bilmədikləri barədə də yayılmışdı.




Xəbər 922 dəfə oxunub.



10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu


BÜTÜN XƏBƏRLƏR +