Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


23.06.2017  21:27 

Prezidentin Yunanıstandan çağırıb Fransaya göndərdiyi səfir kimdir?





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Fransadakı səfiri dəyişdirilib. Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Əmirbəyov səfir postundan geri çağırılıb, onun yerinə Rəhman Mustafayev təyin edilib.
XəzərNews.az-ın AzVision.az-a istinadən məlumatına görə, Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib.

1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1993-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib.

1994-1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.

1997-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.

2000-2006–cı illərdə Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub.

2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin oktyabrında imzaladığı sərəncamla Rəhman Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

R.Mustafayev bugünkü təyinatadək Azərbaycanın Yunanıstan və Albaniyadakı səfiri vəzifəsində çalışıb.

İngilis, Fransız, Rus, Ərəb dillərini bilir. Evlidir, 2 övladı var.

Xəbər 1920 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +