Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


02.05.2017  16:09 

Şeyxin köməkçisi may ayında oğluna toy etdi - SƏBƏB+FOTOLAR





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə 1 may tarixində böyük oğluna Lənkəranda toy edib.
Məlumata görə, Hacı Sədi rayondakı şadlıq evlərinin birində böyük oğlu İdrak Axunzadə üçün "dərviş toyu” edib.

Mərasimdə Azərbaycanının tanınmış ziyalıları, elm, din adamları və ən əsası incəsənət nümayəndələri də iştirak ediblər.

Maraqlısı ondandır ki, toy mərasiminə Faiq Ağayev də qatılıb.


Məsələ ilə bağlı açıqlama verən Hacı Sədi Axundzadə bildirib ki, toy mərasimini may ayının 1-də keçirməsi təsadüfi deyil:

"İlk öncə İmam Hüseynin doğum günü may ayının 1-nə təsədüf edir. Bizim həyatımızda bunlar önəmli şəxsiyyətlərdən biridirlər. Eyni zamanda may ayında toy etməyimin səbəbi xurafatın qarşısını alması məqsədi güdür. Bəziləri "may ayında toy etmək olmaz” deyə fikirlər səsləndirirlər. Bu deyimlərə cavab olaraq bu addımı atdım. Hesab edirəm ki, may ayında toy etməməklə bağlı deyilən fikirlər xurafatdan başqa bir şey deyil. Heç yerdə belə bir qadağa qeyd olunmayıb”.



(unikal.org)

Xəbər 1821 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +