Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...


29.01.2025  00:52 

Bu gün Azərbaycanda seçkilərdir





A+  A-

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

XəzərNews.az xəbər verir ki, 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək.

Bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfərdir. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. Partiya mənsubiyyətinə gəlincə, 16092 namizədin 8504-ü 24 siyasi partiyanın mənsublarıdır.

Seçkilərdə 7588 bitərəf namizəd mübarizə aparacaq.

Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 961 987 seçici 5846 seçki məntəqəsində səs verə biləcək. Bunlardan 5734-ü daimi, 112-si müvəqqəti seçki məntəqələrdir. 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında ümumilikdə 70625 müşahidəçi akkreditasiyadan keçib.

Müşahidəçilərdən 26260-ı 24 siyasi partiya tərəfindən təqdim olunan müşahidəçilərdir.

Seçki Məcəlləsinin tələbinə əsasən, bələdiyyə seçkilərində səsvermə ilə əlaqədar bu geyri-iş günü olacaq.

Xəbər 3954 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +