İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


26.01.2022  19:10 

Quranda namaz qılmaq qaydaları niyə yazılmayıb?





A+  A-

Quran İslam dininin əsaslarını, əqidə prinsiplərini, əxlaq normalarını, şəriətin kökünü bəyan edən kitabdır.

6000-dən bir qədər çox ayəsi olan kitabda təbii ki, bütün şəriət hökmlərinin xırdalıqlarını vermək həm mümkün deyil, həm də buna ehtiyac yoxdur.

Əgər Quranda namaz qılmağın bütün qaydaları yazılsaydı, gərək orucun, həccin, xümsün, zəkatın, yeyib-içməyin, izdivacın, ticarətin, irsin, məhkəmə hökmlərinin və sairənin də bütün xırdalıqları yazılaydı. Halbuki, bu halda Quran həddən artıq iri həcmli olardı, onu oxumağa hövsələ çatmazdı.

Quran hər şeyin məğzini bəyan edir. Məsələn, Quranda buyurulur ki, namaz qılın.
Amma necə qılmağın qaydası Peyğəmbərin sünnəsində göstərilir. Peyğəmbər ona görə 23 il ərzində insanların arasında yaşadı ki, Quranın hökmlərini onlara açıqlasın./islam.az

Xəbər 2672 dəfə oxunub.



10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +